Lənkəranda minik və yük maşınlarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda minik və yük maşınlarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 22 may 2018 10:34 (UTC +04:00)

Lənkəranda ağır-yol nəqliyyat hadisəsi olub.

APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun rayonun Bürcəli kəndindən keçən hissəsində 90-NE-057 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil ilə 01-BE-732 dövlət nömrə nişanlı KamAZ markalı yük maşını toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər - Lənkəran rayonunun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov, Bürcəli kənd sakini, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev və Bürcəli kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Baladdin oğlu Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


A. Feyziyevin vəziyyəti daha ağırdır. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. A. Feyziyev və E. Sovqatov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, VAZ 2107 markalı avtomobil ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

*** 11.29

Lənkəranda yol qəzası olub.

APA-nın cənub bürosunun məlumatına görə, "VAZ 2107" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR