Yasaqlıqda baş verən yanğın söndürülüb

Yasaqlıqda baş verən yanğın söndürülüb
# 03 iyun 2018 19:50 (UTC +04:00)

Bu gün saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN-nin və FHN-nin əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR