Xızıda bir gündə 350 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda  bir gündə 350  ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 20 sentyabr 2017 03:50 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 19-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 350 ədəd partlamamış hərbi sursat (PHS), 71 ədəd partlamış-yanmış mərmi qalıqları və 1342 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 499,000 kv.m (49.90 ha) ərazi yoxlanılıb.

Məlumata görə, 24 gün ərzində 6 958 ədəd partlamamış hərbi sursat (PHS), 3 665 ədəd partlamış-yanmış sursat qalıqları və 10 818 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 827 738 kv.m (3 682.77 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR