ABŞ-da tornado nəticəsində 30 nəfər xəsarət alıb

ABŞ-da tornado nəticəsində 30 nəfər xəsarət alıb
# 07 avqust 2017 01:07 (UTC +04:00)

ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Talsa şəhərində qeydə alınıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təbii fəlakət nəticəsində Talsa şəhərində təxminən 11 min evin elektrik enerjisi kəsilib, yaşayış evləri və müxtəlif tikililərə ciddi ziyan dəyib. Tələfatın olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR