Azərbaycanda bilərəkdən cirkli pul və əmlakla bağlı sərəncam verən şəxsləri 3 il həbs gözləyəcək

Azərbaycanda bilərəkdən cirkli pul və əmlakla bağlı sərəncam verən şəxsləri 3 il həbs gözləyəcək
# 16 oktyabr 2017 10:07 (UTC +04:00)

Prezidentin təklifi ilə Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsinin 1-ci bəndinə əlavələr ediləcək.

APA-nın xəbərinə görə, layihəyə əsasən qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermək əməlinə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mövcud sanksiyaya görə isə bu əmələ görə yalnız 3 000 manata qədər cərimə tətbiq edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR