Bakıda yararsız minaatan mərmisi aşkarlanıb

Bakıda yararsız minaatan mərmisi aşkarlanıb
# 30 oktyabr 2016 15:19 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilib.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilmiş, digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 14:35-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR