Bərdədə qəbiristanlıqda yanğın olub

Bərdədə qəbiristanlıqda yanğın olub
# 15 avqust 2017 15:56 (UTC +04:00)

Bərdənin Kətəlparaq kəndi ərazisində yerləşən qəbiristanlıqda yanğın baş verib.

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, alov su kanalının kənarındakı qamışlıqda başlayıb və sonra qəbiristanlığa keçib.

Kənd sakinlərinin bildirdiyinə görə, alovun geniş miqyas alması nəticəsində məzar daşlarına zərər dəyib.

Yanğının söndürülməsi məqsədilə hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR