”Qala Sığorta”nın cəmi öhdəlikləri 2,51 dəfə artıb

”Qala Sığorta”nın cəmi öhdəlikləri 2,51 dəfə artıb
# 02 aprel 2018 07:38 (UTC +04:00)

”Qala Sığorta” ASC ötən il aktivlərini artırıb. “APA-Economics” şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, “Qala Sığorta”nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 37% artaraq 15 mln. 050 min 038,12 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 009 min 451,87 min manat, qısamüddətli aktivləri 14 mln. 040 min 586,25 min manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 2,51 dəfə artaraq 7 mln. 778 min 118,58 manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 6 mln. 581 min 880,18 manat, qısamüddətli öhdəlikləri isə 1 mln. 196 min, 238,40 manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 8 mln. 050 min manat, cəmi kapitalı isə 7,84% azalaraq 7 mln. 271 min 919,54 manat təşkil edib.

2017-ci ildə “Qala Sığorta”nın cəmi gəlirləri 10 mln. 659 min 461,96 manat, cəmi xərcləri 11 mln. 278 min 369,99 manat olub. Şirkət ötən ili 618 min 908,03 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR