Nazir: Azərbaycan dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir"

Nazir: Azərbaycan dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir"
# 26 fevral 2019 18:13 (UTC +04:00)

Azərbaycan bütün dünyada insan hüquqlarının təşviqi və qorunması üçün çoxtərəfli institutların vacibliyinə inanır.

ONA-nın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu sözləri nazir Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan əməkdaşlıq və həqiqi dialoq vasitəsilə bütün insan hüquqlarının təşviq edilməsinə və qorunmasına cavabdeh olan BMT-nin İnsan Hüquqları Şurasına əhəmiyyət verir. Nazirin sözlərinə görə, Azərbaycan İnsan hüquqları üzrə ali komissarın ofisin məşvərətçi xidmətlərinin dəstəklənməsinə könüllü ianələr etməyi davam etdirəcək: "Azərbaycan şurada müşahidəçi olaraq onun işinə fəal şəkildə töhfə verir. Şuranın 37-ci sessiyasında Azərbaycan Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə şura tərəfindən yekdilliklə qəbul edilmiş şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin təqdim edilməsi yolu ilə dayanıqlı inkişaf məqsədlərinin və insan hüquqlarının təşviqi ilə bağlı 92 dövlətin həm-müəllif olduğu qətnamə layihəsini irəli sürdü. Bu il İnsan hüquqları üzrə ali komissarın ofisi ilə birlikdə Azərbaycan, yuxarıda qeyd olunan qətnamədə təşviq edilən ictimai xidmətlərin səmərəli modellərinə malik ölkələrin digər üzv dövlətlərlə ən yaxşı təcrübələrini bölüşə biləcəyi növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək”.
Nazir deyib ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir: “Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək. Ölkəm sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən, bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcək. Bu kontekstdə, biz BMT Baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə Əlilliyin Daxil edilməsi üzrə Sistem boyu Fəaliyyət Planının təşviq edilməsi qərarını alqışlayırıq”.
Elmar Məmmədyarov həmçinin bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR