Bakının Binəqədi rayonunda 50 ədəd şam ağacı yanıb

Bakının Binəqədi rayonunda 50 ədəd şam ağacı yanıb
# 14 iyul 2017 23:28 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda 5 ha. sahədə quru ot, kol-kos və 50 ədəd şam ağacı yanıb.

Yaxınlıqdan keçən qaz xətti və yaşayış massivi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR