BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib
# 30 noyabr 2017 03:37 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu noyabr ayında Təhlükəsizlik Şurasında sədrlik edən İtaliyanın qurumdakı daimi nümayəndəsi Sebastyano Kardi bəyan edib.

“Təhlükəsizlik Şurası rəsmi Pxenyanın son təxribatçılıq hərəkətlərini qətiyyətlə pisləyib”, deyə S.Kardi bildirib. O həmçinin vurğulayıb ki, fövqəladə iclasın yekunlarına görə hər hansı bəyanat və yaxud mətbuata açıqlama verilməyəcək.

Qeyd edək ki, ötən gün Şimali Koreya “Xvason-15” qitələrarası ballistik raketi sınaqdan keçirib. Rəsmi Pxenyan bəyan edib ki, adıçəkilən raket ABŞ-ın istənilən ərazisinə çatmağa qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR