Bakıda NATO-nun təlim kursu keçirilib

Bakıda NATO-nun təlim kursu keçirilib
# 11 mart 2019 11:54 (UTC +04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlim kursu Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən baş tutub.

Kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR