Prezident Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub

Prezident Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub
# 02 oktyabr 2017 15:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

APA-nın məlumatına görə, Dəmirçi məscidində dövlət başçısına “Quran” hədiyyə edilib.

Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada kənddə bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar. Dövlət başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət ediblər.

Azərbaycan prezidenti və birinci xanım kənddə dəmirçi dükanı və emalatxanası ilə tanış olublar.

Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.

Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR