Goranboyda mikroavtobus qəzaya uğrayıb, xəsarət alan var

Goranboyda mikroavtobus qəzaya uğrayıb, xəsarət alan var
# 14 aprel 2017 22:34 (UTC +04:00)

Gornaboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub. Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR