Zaqatalada avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Zaqatalada avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 10 avqust 2017 08:17 (UTC +04:00)

Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayon ərazisindən keçən hissəsində baş verib.

Rayonun Bəhmətli kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Qəhrəman oğlu Hacıkərimov “VAZ 2106” markalı, 62 BH 625 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirməsi səbəbindən maşını aşırıb.

Sürücü, onun həmkəndliləri olan sərnişinləri - 1987-ci il təvəllüdlü Ramiz Rasim oğlu Muradov və onun oğlu, 2008-ci il təvəllüdlü Atəş Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


Zaqatala bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ramiz Muradova ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Digər iki şəxsin vəziyyətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR