Ötən il Bakıda əsas kapitala 11,5 mlrd. manat yönəldilib

Ötən il Bakıda əsas kapitala 11,5 mlrd. manat yönəldilib
# 09 fevral 2018 06:48 (UTC +04:00)

2017-ci ildə Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 563,8 mln. manat və ya əvvəlki illə müqayisədə 0,1% az vəsait yönəldilib.

Bakı şəhər Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 22,6%-i dövlət, 77,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 66,3%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

2017-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,1%-ni əsaslı təmir, 3,8%-ni cari təmir, 19,8%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 86,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR