ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Şimali Koreya ətrafında söhbətlərə son qoyulmalıdır”

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Şimali Koreya ətrafında söhbətlərə son qoyulmalıdır”
# 30 iyul 2017 19:19 (UTC +04:00)

Şimali Koreya ətrafında söhbətlərə son qoyub hərəkətə keçmək lazımdır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli özünün “Tvitter” hesabında yazıb.

“Şimali Koreya ətrafında söhbətlərə son qoyub hərəkətə keçmək lazımdır. Çin fəal olmalı, Yaponiya və Cənubi Koreya rəsmi Pxenyana qarşı təzyiqləri artırılmalıdır. Bu, tək ABŞ-ın problemi deyil”, N.Heyli qeyd edib.

İyulun 29-da Şimali Koreya qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR