AMB: 2020-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması olacaq

AMB: 2020-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması olacaq
# 30 dekabr 2019 10:24 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması təşkil edəcək.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Hədəf istehlak qiymətləri indeksinin illik, yəni son 12 ayda dəyişməsi üzrə müəyyən edilib. Bu hədəfə nail olmaq üçün AMB arsenalında olan bütün alət və mexanizmlərində adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasının diqqətdə saxlayacaq.

2020-ci ildə və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin AMB-nin səlahiyyətləri çərçivəsindən qorunması olacaq. Qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcək.

Mərkəzi Bank pul siyasəti rejiminin təkmilləşdirilməsi ilə inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2020-ci ildə də davam etdirəcək.

Pul siyasəti strategiyasının təkmilləşdirilməsi çərçivəsində Mərkəzi Bank Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçid şərtlərinin reallaşdırılması istiqamətində işlərini davam etdirəcək.

Qeyd edək ki, hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4,6% olacaq ki, bu da əhalinin gəlirlərinin artımına şərait yaradacaq səviyyədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR