Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi üçün növbəti proqram elan olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili proqramın detallarını təqdim edib. O bildirib ki, təcrübə proqramının əsas məqsədi etnik azlıqların məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılmasıdır: “Bu proqram gənclərin gələcək karyeraları üçün unikal şansdır. Təcrübə proqramı etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə əhəmiyyətli töhfə verəcək”.
Tədbirdə çıxış edən təhsil və elm nazirinin müavini Lia Giqauri “1+4” proqramının müsbət nəticələri barədə danışıb: “Təcrübə proqramı milli azlıqlardan olan gənclər üçün peşə təcrübəsinə yiyələnmək baxımından çox vacibdir. Dövlət qurumlarında təcrübə keçməkdə maraqlı olan gənclərin müraciətləri bu gündən etibarən qəbul olunacaq”.
Dövlət idarələrində təcrübə proqramından “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı və erməni gənclər yararlana biləcəklər. Dövlət qurumlarındakı vakansiyalar www.hr.gov.ge saytında yerləşdiriləcək.
Qeyd edək ki, təcrübə proqramı ilə bağlı pilot layihə ötən il həyata keçirilib və layihə çərçivəsində 65 gənc 20 dövlət idarəsində təcrübə keçib.
Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında təcrübə keçəcək
14 mart 2018 12:45 (UTC +04:00)
Avropa
Ermənistan və Macarıstan səfirliklərin açılması barədə razılığa gəlib
18:37
6 may 2024
Fransa Ukraynaya qoşun göndərməsi ilə bağlı məlumatları təkzib edib
17:50
6 may 2024
Borrell: İsrailin Rəfahdakı mülki şəxslərə təxliyə əmri qəbuledilməzdir
15:51
6 may 2024
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
15:35
6 may 2024