BVF prezidenti Avropada seçkilərin mümkün nəticələrindən narahatdır

BVF prezidenti Avropada seçkilərin mümkün nəticələrindən narahatdır
# 12 fevral 2017 15:25 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristin Laqard bir neçə Avropa ölkələrində keçirilməsi planlaşdırılan seçkilərin mümkün nəticələrindən narahatlıq keçirdiyini bildirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Dubayda konfransda çıxış edən K. Laqard deyib ki, hamı kimi bir sıra Avropa ölkələrində keçiriləcək seçkilərin mümkün nəticələrindən narahatdır.

Qeyd edək ki, bu il bir neçə Avropa ölkəsində müxtəlif seçkilər keçiriləcək. Məsələn, Fransada prezident, Hollandiyada parlamentin aşağı palatasına seçkilər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR