İrandan Azərbaycana heroinin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana heroinin gətirilməsinin qarşısı alınıb
# 12 sentyabr 2017 07:38 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR