Şoyqu: "Suriyada 12 min kv. km ərazi terrorçulardan təmizlənib"

Şoyqu: "Suriyada 12 min kv. km ərazi terrorçulardan təmizlənib"
# 02 noyabr 2016 12:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya silahlı qüvvələri Suriyada terrorçuluğa qarşı effektli mübarizə aparır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Rusiya Hərbi Kosmik Qüvvələri və Suriya hökumət qüvvələrinin birgə fəaliyyəti nəticəsində 12 min kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. 900-ə yaxın yaşayış məntəqəsinin sakinləri sülh prosesinə qoşulub", - deyə Rusiya müdafiə naziri qeyd edib.

S. Şoyqu hazırda Hələb ətrafında mürəkkəb vəziyyətin yarandığını bildirib: "Şəhərin bir hissəsi terrorçular tərəfindən tutulub. Bununla əlaqədar şəhər sakinlərinin böyük dəstəyə ehtiyacı var. Ona görə də Hələbdə humanitar əməliyyatın keçirilməsi qərara alınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR