Marneulinin Qaçağan kənd sakinləri etiraz aksiyası keçiriblər

Marneulinin Qaçağan kənd sakinləri etiraz aksiyası keçiriblər
# 07 yanvar 2020 17:17 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri yerli polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri son zamanlar kənddə mal-qara oğurluğunun artmasına etiraz ediblər. Aksiyaçılar bildiriblər ki, son 4-5 ay ərzində kənddə 100-ə yaxın mal-qara oğurluğu hadisəsi baş verib və bunların əksəriyyətinin üstü açılmayıb. Kənd sakinləri polisin məsələyə laqeyd yanaşdığını və oğurluq faktı ilə bağlı müraciət edənlərə alçaldıcı davrandığını bildiriblər.

Aksiyada müxalif "Vahid Milli Hərəkat" Partiyasının Marneuli təşkilatının sədri Aqil Mustafayev və Marneuli bələdiyyə məclisinin üzvü Azad Kərimov da iştirak edib.

Qaçağan inzibati ərazi vahidliyinin deputatı Hüseyn Hüseynov aksiyanın keçirildiyi əraziyə gəlib.

Etirazçılar problem həll olunmayacağı təqdirdə daha geniş miqyaslı aksiya keçirəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR