EBRD ötən il Azərbaycanda 9 layihəyə 456 mln. avro kreditin ayrılmasını təsdiq edib

EBRD ötən il Azərbaycanda 9 layihəyə 456 mln. avro kreditin ayrılmasını təsdiq edib
# 09 fevral 2018 07:37 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank of Reconstruction and Development, EBRD) 2017-ci ildə Azərbaycana ayırdığı kreditin məbləğini açıqlayıb.

APA-Eonomics” xəbər verir ki, ötən il EBRD dövlət və özəl sektor üzrə 9 layihənin icrasına 456 mln. avro dəyərində kreditin ayrılmasını təsdiq edib.

“2016-cı ildə isə EBRD 9 layihənin icrasına 63 milyon avro kredit ayırıb. Bununla da 2017-ci ildə kreditləşmənin həcmi 7,2 dəfə artıb,” – deyə məlumatda bildirilir.

Ümumilikdə ötən il dekabrın 31-nə bankın Azərbaycanda 50 layihə üzrə portfeli 1 mlrd. 176 mln. avro təşkil edib. Ayrılan vəsaitin 61%-in enerji, 29%-i infrastruktur, 6% maliyyə, 4%-i isə istehsal layihələri üzrə təyin edilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günə qədər bank Azərbaycanda 165 layihənin icrasına 2,817 mlrd. avrodan çox vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR