DGK sədri Balakəndə vətəndaşları qəbul edəcək

DGK sədri Balakəndə vətəndaşları qəbul edəcək
# 24 oktyabr 2016 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR