Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolunun yenilənməsi davam etdirilir

Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolunun yenilənməsi davam etdirilir
# 22 yanvar 2018 10:19 (UTC +04:00)

Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolunun tikintisi davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze yolun Tbilisi-Rustavi hissəsində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına görə, 7 kilometrlik yol sahəsinin tikintisinə 119 milyon lari ayrılıb: “Tbilisi-Rustavi yolunun üç hissəsinin ümumi uzunluğu 17 kilometrdən çoxdur. Yolun ikinci hissəsinin tikintisi də davam etdirilir. Bu yol Gürcüstanı Azərbaycan sərhədi ilə birləşdirir və onun yenilənməsi tranzit baxımından çox vacibdir. Layihənin başa çatmasından sonra avtomobil yolu ilə hərəkət daha təhlükəsiz və rahat olacaq”.

Məlumatda qeyd olunub ki, avtomobil yolunun tikintisi layihəsi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Layihənin icrasına 2017-ci ilin mart ayında başlanılıb. Tikinti işlərinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR