Fermadan oğurluq edən şəxs məhkəmə zalında həbs edilib

Fermadan oğurluq edən şəxs məhkəmə zalında həbs edilib
# 08 dekabr 2016 11:36 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elşən Həsənov və qardaşı Həsrət Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Həsrət Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Elşən Həsənov isə 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib, onun barəsində başqa yerə getməmə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda yerləşən fermadan qoyun oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR