Gürcüstan Türkmənistanla regional əməkdaşlığı gücləndirmək istəyir

Gürcüstan Türkmənistanla regional əməkdaşlığı gücləndirmək istəyir
# 30 avqust 2017 09:34 (UTC +04:00)

Türkmənistana səfər edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu ölkənin prezidenti Qurbanqulu Berdımuhəmmədovla görüşüb.


APA-nın yerli bürosunun Gürcüstan hökumətinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə ticarət və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, regional nəqliyyat layihələri və digər sahələrdə ikitərəfli münasibətlər müzakirə olunub.


G. Kvirikaşvili Gürcüstanın regional nəqliyyat layihələrində əməkdaşlığı aktivləşdirməkdə maraqlı olduğunu bildirib: “Gürcüstan və Türkmənistan tranzit layihələrin inkişaf etdirilməsi üçün mövcud böyük potensialdan istifadə etməlidirlər. Türkmənistanın “İpək yolu” layihəsində iştirakı böyük əhəmiyyətə malikdir. Buna görə də biz bu münasibətləri inkişaf etdirməliyik”.


Q. Berdımuhəmmədov də öz növbəsində Gürcüstanla ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söyləyib. O, Gürcüstanın baş naziri və prezidentini “Aşqabad 2017” V Asiya Oyunlarının açılış mərasimində iştiraka dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR