“Qəbələ”nin futbolçusu turun ən yaxşısı seçilib

“Qəbələ”nin futbolçusu turun ən yaxşısı seçilib
# 12 mart 2019 15:49 (UTC +04:00)

Topaz Premyer Liqasında XX turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın məlumatına görə, “Qəbələ”nin hücumçusu Çeyms Adeniyi hesabat turunun ən yaxşısı olub.

O, “İnStat” şirkətindən ən yüksək reytinq alıb. Bu əmsala görə müəyyənləşən rəmzi komandada “Keşlə” və “Neftçi” daha çox – hərəyə 4 oyunçu ilə təmsil olunub. “Qəbələ”nin iki, “Zirə”nin bir üzvü də “11-lik”də yer alıb.

Qapıçı: Kamal Bayramov (“Zirə”)
Müdafiəçilər: Azər Salahlı (“Keşlə”)-3, Kiril Petrov (“Neftçi”)-4, Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)-2
Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”)-5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)
Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”)-6
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR