Tailandda koronavirusa yoluxanların sayı artıb

Tailandda koronavirusa yoluxanların sayı artıb
# 26 yanvar 2020 08:23 (UTC +04:00)

Tailandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 7 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Bangkok Post” qəzetinin internet versiyası məlumat yayıb.

Qəzet təfərrüatlara toxunmayıb, yalnız rəqəmləri açıqlayıb. Bundan əvvəl 5 yoluxma halının qeydə alındığı deyilirdi. Onlardan dördü Çindən olan turist, biri isə yeni ildən əvvəl Çinin Uhan şəhərini ziyarət edən tailandlı idi.

Yerli Səhiyyə Nazirliyinin açıqlamasına görə, xəstəlik daşıyıcılarından dördü artıq sağalıb və evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR