Yazıçı Cəlil Cavanşır "Facebook"un canlı yayımında intihar edəcəyini bildirib - YENİLƏNİB

Yazıçı Cəlil Cavanşır "Facebook"un canlı yayımında intihar edəcəyini bildirib - <span style="color: red;">YENİLƏNİB
# 07 iyul 2018 16:11 (UTC +04:00)

Yazar Cəlil Cavanşır "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib.

APA-nın məlumatına görə, Cəlil Cavanşır bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir. Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar fikrindən yayındırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR