Bu il banklar 34 mln. manatlıq ipoteka krediti verib

Bu il banklar 34 mln. manatlıq ipoteka krediti verib
# 09 aprel 2018 09:57 (UTC +04:00)

2018-ci il martın 1-nə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 19,2 mln. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, yanvar ayı ilə müqayisədə 31,5% və ya 4,6 mln. manat artım deməkdir. Bununla belə, bu ilin yanvar-fevral aylarında banklar tərəfindən 33,8 mln. manatlıq ipoteka krediti verilib.

Fevral ayında dövlət büdcəsindən Fonda 50 mln. manatlıq vəsait ayrılıb.

Cari ilin fevral ayında Fond 22,5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvar-fevral aylarında Fondun 35 mln. manat həcmində istiqrazları yerləşdirilib.

Fondun ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il martın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 45,700 min manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,63%, aylıq ödəniş isə 325,9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR