Bakıda iki piyada vurulub

Bakıda iki piyada vurulub
# 15 sentyabr 2017 09:50 (UTC +04:00)

Bakıda iki nəfəri maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu keçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər hadisə elə həmin gün saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində qeydə alınıb. “Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR