® “PAŞA Bank”ın dəstəyi ilə təşkil olunan "Yay Məktəbi"nə qeydiyyat başlayıb

<font color=red>® </font>  “PAŞA Bank”ın dəstəyi ilə təşkil olunan "Yay Məktəbi"nə qeydiyyat başlayıb
# 13 iyul 2018 10:35 (UTC +04:00)

“Azercell” və “PAŞA Bank”ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən “Barama Junior: Coding Kids IT Summer School” təşkil ediləcək.

APA-Economics”in məlumatına görə, “Barama Junior: Coding Kids IT Summer School”da övladınızı qeydiyyatdan keçirməklə onun gələcək karyera həyatının ilk addımlarını atmasına dəstək ola bilərsiniz.

“Uşaqlarınızın kompüter və telefonlardan yalnız oyun məqsədilə istifadə etməsi sizi narahat edir? Uşaqlara mənfi təsir edən bu vərdişlərdən övladınızı yeni bir dünya ilə tanış etməklə xilas ola bilərsiniz. Kodlaşdırma dünyası uşaqlarınız üçün oynadıqları oyunlardan dəfələrlə maraqlıdır, çünki onlar kodlaşdırma vasitəsilə oyunları yaradacaqlar. Yəni, məhz oyunların arxasındakı dünya ilə tanış olacaqlar”, - deyə “Barama Junior: Coding Kids IT Summer School” məlumatına deyilir.

Dərslər interaktiv tədris metodları əsasında keçiriləcək. Kodlaşdırma övladlarınıza gələcək həyat və karyeraları üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.

Proqram çərçivəsində dərslər hər biri 3 saat olmaqla həftədə 3 gün, toplam 4 həftə keçiriləcək. 36 dərs saatı ərzində iştirakçılar “Python” proqramalaşdırma dili, “Raspberry Pi” mikrokompüteri və internetdə veb-səhifələrin yaradılmasında istifadə olunan HTML hipermətn dili mövzularında dərslərdə iştirak edərək mövzuları tam mənimsəyəcəklər.

Proqramın təlimçiləri “Coding Club Kids” şirkətində “Python” və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov, “Coding Club Kids” şirkətində veb-dizayn instruktor, Bakı Mühəndislik Universitetində İKT laboratoriyasında idarə heyəti üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqovdur.

Proqramda iştirak tamamilə ödənişsizdir və iştirakçılar riyaziyyat və məntiq üzrə imtahan əsasında müəyyənləşəcək. Proqramda iştirak üçün yaş limiti 9-15 yaş olaraq müəyyən edilib. İştirak etmək üçün “Tickets” bölməsinə və ya Bit.ly/Barama linkinə daxil olaraq elektron formanı doldurmağınız tələb olunur.

Formanı dolduraraq müraciət etmək üçün son tarix: 20 İyul

İmtahan tarixi: 23 İyul

Proqramın müddəti: 30 İyul - 25 Avqust

İştirakçılara proqramın sonunda keçiriləcək mərasimdə müvafiq sertifikatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR