Ketlin Kavalek: “ABŞ Rusiya ilə dialoqa açıqdır”

Ketlin Kavalek: “ABŞ Rusiya ilə dialoqa açıqdır”
# 12 fevral 2018 18:26 (UTC +04:00)

ABŞ Rusiya ilə dialoqa açıq olaraq qalır, Vaşinqton Moskva ilə daha konstruktiv əlaqə qurmaq arzusundadır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət departamentinin rəsmisi Ketlin Kavalek bildirib.

“Mən Moskvada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdüm, ikitərəfli münasibətləri müzakirə etdik, onların sabitləşdirilməsinin vacibliyini vurğuladıq. Münasibətlərimizdə yüksəlişlər də, enişlər də olub. Hazırda onlar aşağı səviyyədədir. Lakin ABŞ dialoqa açıq olmaqda davam edir”, deyə K.Kavalek qeyd edib.

O əlavə edib ki, uzun illər boyu ABŞ-la Rusiya kosmos, biznes və mədəniyyət sahələrində əməkdaşlıq edib: “Birlikdə biz çox şey əldə edə bilərik və ABŞ Rusiya ilə konstruktiv münasibətlərə dönmək istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR