Lavrov prezident seçkisindən sonra vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib

Lavrov prezident seçkisindən sonra vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib
# 15 yanvar 2018 10:22 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov bu ilin mart ayında keçiriləcək prezident seçkisindən sonra nə işlə məşğul olacağı ilə bağlı suala cavab verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında S. Lavrov Xarici İşlər Nazirliyinin effektiv işini təmin edəcəyini söyləyib: "Bizim Konstitusiyamız var, hansı ki, hökumətin formalaşdırılması qaydasını dəqiq müəyyən edir. Sizi əmin edirəm ki, bu qayda tam şəkildə saxlanılacaq. O ki qaldı mənə, mən XİN-in işini maksimal dərəcədə effektiv təmin etməkdən başqa heç nəyə öyrəşməmişəm. Bu mənim əsas vəzifəmdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR