® Dünya şöhrətli “Audi” brendinin yeni avtosalonu Bakıda!

<font color=red>® </font>  Dünya şöhrətli “Audi” brendinin yeni avtosalonu Bakıda!
# 10 aprel 2018 14:33 (UTC +04:00)

Aprelin 7-də “Audi Bakı Mərkəzi”nin Babək prospekti 43A ünvanında yerləşən yeni avtosalonunun təntənəli açılış mərasimi keçirilib.

Yeni avtosalon öz gözəlliyi və komfortu ilə qonaqları sözün əsl mənasında heyrətə salıb. “Audi Terminal” adlandırılan bu salon “Audi”nin beynəlxalq standartlarına uyğun olaraq inşa edilmişdir. “Audi”nin Azərbaycandakı avtosalonu Qafqazda və Şərqi Avropada ən böyük premium avtosalon hesab olunur.

İnteryerə gəldikdə isə salonun daxili iki hissədən ibarətdir: “Bəyaz qövs” və “Qara qövs” . “Qara qövs” vaxtı ilə “Audi”nin “Silver Arrow” idman modeli ilə sürət rekordları vurduğu maili trekin dizaynını özündə əks etdirir. Hətta avtomobillərin salonda düzülüşü belə yarış zamanı treki xatırladır. “Bəyaz qövs” isə yarışı izləyənlər üçün fan zonanı əks etdirir. Avtosalonun gözəçarpan dizaynı ilə yanaşı, müştərilərin komfortu da tikinti zamanı nəzərə alınıb. Yeni “Audi Terminal”ında müştərilər üçün tam avtomatlaşmış xüsusi avadanlıqlar ilə təchiz olunan servis mərkəzi var, hətta rahat şəkildə öz avtomobillərini görə biləcəkləri komfort gözləmə otağı da müştərilərin istifadəsinə veriləcək. Yeni alınan avtomobilləri xüsusi olaraq təhvil almaq üçün “təhvil otağı” da mövcuddur.

Yeni avtosalonun açılışı ilə birgə audisevərlərin səbirsizlik ilə gözlədikləri tam yeni “Audi A8”in təqdimatı da keçirilib. Mükəmməl 3D şou avtomobilin mükəmməl interyerini və imkanlarını detallı şəkildə nümayiş etdirərək, qonaqları heyrətə salıb.

Gözlənilmədən “A8”in təqdimatı ilə birgə yeni nəhəng “A7 Sportback” və dəlisov “RS3” sedan modellərinin təqdimatı qonaqlar üçün sürpriz olub.

Hər nümayiş olunan modelin valehedici dizaynı, premium səviyyə komfortu və imkanları hədsizdir.

Sözlə ifadə etmək mümkün deyil, öz gözünüzlə görsəniz yaxşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR