"Günay Bank" Mərkəzi Bank qarşısındakı öhdəliklərini azaldıb

"Günay Bank" Mərkəzi Bank qarşısındakı öhdəliklərini azaldıb
# 16 oktyabr 2017 13:46 (UTC +04:00)

2017-ci ilin sentyabr ayının 30-na "Günay Bank" ASC-nin Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında 14,1 mln. manat öhdəliyi var.


"APA-Economics" bankın açıqladığı balans hesabatına istinadən xəbər verir ki, III rüb ərzində bankın tənzimləyici qarşısında mövcud olan öhdəlikləri 4 mln. manat azalıb. Yeri gəlmişkən, azalma artıq iki rüb ard-arda davam edir. Belə ki, I rübdən etibarən bankın AMB qarşısında öhdəlikləri 5 mln. manat azalıb. Qeyd edək ki, aprelin 1-nə bankın öhdəlikləri 19,1 mln. manat, iyulun 1-nə isə 18,1 mln. manat olub.

"Günay Bank" 30 aprel 1992-ci ildə fəaliyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR