Bank Of Baku

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət edilib

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət edilib
# 17 avqust 2021 10:46 (UTC +04:00)

2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu günədək respublika üzrə ümumilikdə 43 053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 378 nəfəri Azərbaycan, 6 675 nəfəri isə rus bölməsi üzrədir.  

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR