Ukraynada ağır cinayət törətmiş şəxs Kiyev-Bakı təyyarəsində saxlanılıb

Ukraynada ağır cinayət törətmiş şəxs Kiyev-Bakı təyyarəsində saxlanılıb
# 13 oktyabr 2017 15:06 (UTC +04:00)

Bu gün Ukraynanın “Borispol” hava limanında Kiyev-Bakı təyyarəsinin göyərtəsində Çerniqov vilayətində ağır cinayət törətmiş şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Moya Kievşina” saytı Kiyev vilayəti üzrə baş polis idarəsinə istinadən yazıb.

Çerniqov vilayəti üzrə hüquq mühafizə-orqanlarından cinayət törətmiş şəxsin axtarışı ilə bağlı avtovağzal və aeroportların polis bölmələrinə məlumat daxil olub. “Borispol” hava limanının polis bölməsinin əməkdaşları həmin şəxsin müəyyənləşdirilməsi və saxlanması istiqamətində əməliyyat keçiriblər. 37 yaşlı şəxs “Kiyev-Bakı” təyyarəsində saxlanılaraq axtarışı başlayan orqanlara təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR