Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
# 17 noyabr 2017 17:20 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“VAZ 21 015” markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ”da olan 1981-ci il təvəllüdlü Kəmalə Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR