Ağcabədidə ev yanıb

Ağcabədidə ev yanıb
# 19 mart 2018 10:36 (UTC +04:00)

Ağcabədidə 3 otaqlı evdə yanğın olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bünyad Sərdarov küçəsində Babayev Salman Şakir oğluna məxsus evdə baş verib. Yanğın zamanı 84 kvadratmetr sahəsi olan birmərtəbəli mənzilin iki otağı əşyalarla birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi yanğından mühafizə bölməsi cəlb olunaraq yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.

FHN-in hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, Ağcabədi rayonunda ümumi sahəsi 84 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 68 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR