Erməni deputatlar Bakını gəzəcəklər

Erməni deputatlar Bakını gəzəcəklər
# 22 sentyabr 2017 11:45 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.

APA-nın xəbərinə görə, bunu erməni deputatlardan biri - Mane Tandilyan deyib.



”Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub”, - deyə o, bildirib.

Xatırladaq ki, Mane Tandilyan və Armen Aşotyan “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR