Masallıda talvar və avtomobil yanıb

Masallıda talvar və avtomobil yanıb
# 27 iyul 2017 09:39 (UTC +04:00)

Masallı rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunun Şərəfə kəndində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 300 m2 olan dəmir konstruksiyadan ibarət talvarın 10 m2 sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR