Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil Bakıda tapılıb

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil Bakıda tapılıb
# 28 may 2018 10:52 (UTC +04:00)

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil Bakıda tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da saat 11 radələrində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılmış, Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR