Bakıda məşhur brendlərin rəsmi satış təmsilçisi ötən il 1,3 mln. manat mənfəət əldə edib

Bakıda məşhur brendlərin rəsmi satış təmsilçisi ötən il 1,3 mln. manat mənfəət əldə edib
# 28 iyul 2018 08:13 (UTC +04:00)

Azərbaycanda Qərb istehsalı olan kişi və qadın geyimlərinin satışı üzrə ixtisaslaşmış mağazalar şəbəkəsinə sahib olan şirkətləri qrupu "Ayma Alyans" QSC 2017-ci il üzrə idarəetmə hesabatı açıqlanıb.

"APA-Economics"in məlumatına görə, hesabatda qeyd olunub ki, 2016-cıil ilə müqayisədə şirkətin aktivləri 2,9 dəfə azalaraq 38 mln. 438 min 706 manat təşkil edib. Hesabat dövründə şirkətin nizamnamə kapitalı 3,2% azalaraq 2 mln. 90 min manat təşkil edib.

Ötən il şirkət in qısamüddətli kreditor borcları və öhdəlikləri 36 mln. 646 min 677 manata bərabər olub.

2017-ci ildə şirkətin əməliyyat gəliri 2,9 dəfə artaraq 69 mln. 654 min manata yüksəlib. Hesabat dövründə satışın maya dəyəri 6,2 dəfə artaraq 50 mln. 171 min manata çatıb. Şirkətin ümumi mənfəəti 21% artaraq 19 mln. 483 min manat təşkil edib. Hesabat dövründə "Ayma Alyans"ın kommersiya xərcləri 9mln. 82 min manat, inzibati xərcləri 1 mln. 169min manat, sair əməliyyat xərcləri 3 mln. 3 min manat, maliyyə xərcləri 4 mln. 567 min manat olub.

Şirkət ötən ili 1 mln. 329 min 344 manat mənfəətlə başa vurub.

2017-ci il ərzində "Ayma Alyans" 31 nəfəri işə qəbul edib, 178 nəfəri işdən azad edib.

Qeyd edək ki, "Ayma Alyans" QSC Bakıda və ölkədən kənarda "Sinteks" MMC vasitəsilə geyim, zərgərlik və qida sektorunda 80-dən çox mağaza ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR