ADB "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb

ADB "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb
# 05 dekabr 2017 07:43 (UTC +04:00)

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.

"APA-Economics" bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, ADB-nin Direktorlar Şurası krediti dekabrın 1-i təsdiq edib.

Kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, cəlb olunan vəsait hesabına Bakıda Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR