Braziliyada son sutka ərzində daha 13 957 nəfərin koronavirus infeksiyasına yoluxması, 270 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 364 099 nəfər yoluxub. Bu müddət ərzində 569 058 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 19 218 630 xəstə müalicə olunaraq sağalıb.