Qazaxda yol qəzasında ana və oğlu xəsarət alıb

Qazaxda yol qəzasında ana və oğlu xəsarət alıb
# 24 may 2018 07:25 (UTC +04:00)

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynova, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR