Bakıda "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlim keçirilib

Bakıda "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlim keçirilib
# 25 yanvar 2018 12:44 (UTC +04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlimi keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, tədbir INCU-nun Bakı Regional Ofisi və DGK-nın birgə təşkilatçılığı ilə baş tutub.

Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çinin Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də DGK-nın Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edib.

Bu dəfəki təlimdə İNCU Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski "Beynəlxalq ticarət əməliyyatları və sənədləşmə" mövzusunda təqdimatla çıxış edib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR